Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb
2023-04-03 , 15:40

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.