Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub

Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub

Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub
2023-04-10 , 15:32

Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Yenilik.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərli müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.