Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Sumqayıtda ödəmə terminalından oğurluq olub

Sumqayıtda ödəmə terminalından oğurluq olub

Sumqayıtda ödəmə terminalından oğurluq olub
2023-03-29 , 15:36

Sumqayıtda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 22-nə keçən gecə 6-cı mikrorayon ərazisindəki apteklərin birində quraşdırılan ödəmə terminalından 2775 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini İsmayıl Muradov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.