Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Məhkəmə adam döyməkdə təqsirləndirilən 65 yaşlı qadına bəraət verdi

Məhkəmə adam döyməkdə təqsirləndirilən 65 yaşlı qadına bəraət verdi

Məhkəmə adam döyməkdə təqsirləndirilən 65 yaşlı qadına bəraət verdi
2024-03-14 , 13:16

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Məsumə Qədiməliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.
Onun sözlərinə görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə M.Qədiməliyevaya bəraət verilib.
Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb: "65 yaşlı Məsumə Qədiməliyevanın torpaq mübahisəsi zəmnində şəxsin evinə gedərək onu döydüyü iddia olunub. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi. Lakin məhkəmədə sübut olundu ki, cinayət hadisəsi baş verməyib və müdafiə etdiyim şəxsə bəraət verildi"./E-huquq.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.