Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş - Video

Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş - Video

Gecəyarısı öldürülən Cəmalə tibb bacısı imiş - Video
2025-02-14 , 16:11

Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.

Yenilik.az Xəzər TV-yə istinadən məlumat verir ki, 41 yaşlı Cəmalə Quliyevanın həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürüldüyü bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.