Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Əks istiqamətdə təhlükəli hərəkət: ailə faciədən son anda xilas oldu - VİDEO

Əks istiqamətdə təhlükəli hərəkət: ailə faciədən son anda xilas oldu - VİDEO

Əks istiqamətdə təhlükəli hərəkət: ailə faciədən son anda xilas oldu - VİDEO
2026-03-03 , 13:24

Paytaxtın Yeni Yasamal qəsəbəsində təhlükəli yol hərəkəti qaydası pozuntusu ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Vətəndaşın Patrul.az-a verdiyi məlumata görə, hadisə 07.02.2026-cı il tarixində saat 13:53 radələrində Əsəd Əhmədov küçəsində baş verib. Belə ki, 99-MQ-551 dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq hərəkət edib.
Şikayətçi bildirib ki, qarşı-qarşıya gəlmə anında son anda avtomobilini sağa çəkərək mümkün qəzanın qarşısını ala bilib.
Onun sözlərinə görə, hadisə zamanı avtomobildə ailə üzvləri, o cümlədən əlil övladı da olub:
“Son anda maşını sağa çəkdim. Əks halda ağır qəza qaçılmaz idi. Hələ utanmadan avtomobili üstümə sürürdü,” – deyə vətəndaş bildirib.
Qeyd edək ki, yaşayış massivlərində və dar küçələrdə əks istiqamətə çıxmaq təkcə sürücünün öz həyatını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.