Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Qadın ərini qısqananda özünü aşağılayır"

"Qadın ərini qısqananda özünü aşağılayır"

2023-03-07 , 14:44

"Qadınlar ərlərini dəxlisiz yerə qısqanır. Qadın ərini qısqananda özünü aşağılayır. Şəxsi fikrimdir, belə düşünürəm. Qadın nə qədər həyat yoldaşının arxasına düşsə, onu güdsə, qısqanclığını büruzə verirsə, kişinin ayağı yer alır. Beynində formalaşır ki, məni çox istəyir".

Yenilik.az xəbər verir ki, bu sözləri əməkdar artist Bəsdi Bəkirova "Gündən günə" verilişində deyib. Qısqanclıqdan danışan müğənni qadınları tənqid edib:
"35 ildir bir kişiylə, həyat yoldaşı ilə yaşayıram. 1987-ci ildə ailə qurmuşuq və iki övladımız var. Gənc yaşda olan qısqanclıq artıq yox olmağa başlayıb. Qısqanclıq xəstəlikdir. Xəstəlik necə get-gedə qocalırsa, qısqanclıq da yaşlanır. Bilirsən ki, həyat yoldaşındır, hara gedəcək? Mən qadın qısqanclığını tənqid edirəm. Kişi qısqana bilər. Mənim də həyat yoldaşım indi qısqanır. Amma mən onu qısqanmıram". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.