Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Müğənnilər toya gedir, aktyorlar isə maaşa baxır"

"Müğənnilər toya gedir, aktyorlar isə maaşa baxır"

2023-03-07 , 11:03

"Mənə o qədər çiçəklər gəlir ki... Hərdən başqa hədiyyələr gəlir, üstündə bir çiçəyi olmasa, maraqlı görünmür. Hərdən deyirəm ki, çiçək gətirirsinizsə, gülqabını da gətirin".

Yenilik.az xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova "Xeyirli axşamlar" verilişində deyib. Aktrisa müğənnilərin onlardan çox qazanmasından danışıb:
"Biz maaş alırıq, maaşa baxırıq. Oxuyanlar bu sahədə udur. Həmişə toya gedirlər. Aktyorlar isə fəadakardılar. Başqalarının taleyini yaşayırıq, ürəyim zəifləyib, çətin obrazları sevə-sevə yaradıram. Şükür edirəm ki, Allah bu istedadı mənə verib. Aktrisalıqdan başqa iş görə bilmərəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.