Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məleykə Əsədova 56 yaşında

Məleykə Əsədova 56 yaşında

Məleykə Əsədova 56 yaşında
2023-04-23 , 18:22

Xalq artisti Məleykə Əsədovanın 56 yaşı tamam olur.

Yenilik.az xəbər verir ki, aktrisa bunla bağlı paylaşım edərək, xatirələrini bölüşüb:
"Ömrünü səhnəyə həsr edən səhnənin Məleykəsi!!! 56 yaş tamam olur... Fəxr edirəm yaşımla, Allahın mənə bəxş etdiyi 56 illik ömrümə, aldığım nəfəsimə, atdığım hər addıma, Azərbaycan torpağında doğulduğuma görə, mərd, əqidəli atanın, gözəl ananın övladı olduğuma görə şükür edirəm. Bahar fəslinin yağışlı bir günündə - aprelin 23-də səhər saatlarında dünyaya göz açmşam. Ömrümün 34 ilini səhnəmə həsr etmişəm. Arzularım çoxdur, inşallah, Allah izin versə, arzularımın hamısına çataram. Çox sağ olun, məni sevən, 34 ildi səhnədə alqışlayan, sevimli tamaşaçılarım. Sizin alqışlarınız olmasaydı, Məleykə Əsədova da olmazdı. Mənə bu istedadı verən Allahıma sonsuz şükürlər olsun".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.