Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Eyyub Yaqubovun təxirə düşən konserti baş tutdu

Eyyub Yaqubovun təxirə düşən konserti baş tutdu

Eyyub Yaqubovun təxirə düşən konserti baş tutdu
2023-03-27 , 12:00

Xalq artisti Eyyub Yaqubovun ikigünlük solo konserti baş tutub. 

Yenilik.az xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən gecədə müğənni səhnəyə "Big Band Sound Pro", Fuad Musayevlə birlikdə çıxıb.
Gecədə Eyyub sevilən mahnıları ilə yanaşı, yeni bəstələr də səsləndirib. Müğənni bəstəkar Elçin İmanovun bəstələdiyi "Balaxanı" və "Səni sevirəm" mahnılarını da eksklüziv olaraq konserti izləməyə gələn pərətişkarları üçün səsləndirib. Anşlaqla qarşılanan konsert maraqlı rəqs nömrələri və çıxışlarla yadda qalıb.
Qeyd edək ki,Türkiyədə baş vermiş zəlzələ səbəbinən Eyyub Yaqubovun konsertinin tarixi dəyişdirilərk fevralın 15-16-dan martın 25, 26-na keçirilmişdi.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.