Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Diana Əhədpura doğum günündə qızıldan portreti hədiyyə edildi

Diana Əhədpura doğum günündə qızıldan portreti hədiyyə edildi

Diana Əhədpura doğum günündə qızıldan portreti hədiyyə edildi
2023-04-30 , 14:35

Azərbaycanlı model Diana Əhədpur özünə doğum günü partisi təşkil edib.

Tədbir İstanbulun dəbdəbəli “Six Senses Kocataş Mansions” hotelində baş tutub.
Mərasimdə dünyanın dörd bir tərəfindən tanınmış simalar, o cümlədən modelyerlər, iş adamları və s. şəxslər iştirak ediblər. Bundan əlavə, türkiyəli müğənnilər Deniz Seki və Sıla qonaqlar arasında olublar.
Tədbir ərzində Diana Əhədpura saysız-hesabsız dəyərli hədiyyələr təqdim olunub. Ən yaddaqalan hədiyyə isə Diana Əhədpurun 924 karatlıq qızıldan hazırlanmış portreti olub ki, bu əsərin də qiyməti 30-50 min manat məbləğində qiymətləndirilir. Sənət əsərinin müəllifi azərbaycanlı rəssam Elnur Mahmudovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.