Yenilik.Az
www.Yenilik.Az » Maqazin »  “Xəzər”də yenidən dava düşdü - Video

 “Xəzər”də yenidən dava düşdü - Video

 “Xəzər”də yenidən dava düşdü - Video
2023-06-17 , 12:58

"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində yenidən dava düşüb.

Yenilik.az xəbər verir ki, proqrama probleminin həll olunması üçün müraciət edən Zəminə adlı xanımla ekspert Anar Vəziroğlunun arasında mübahisə yaranıb. Həmin vaxt ekspert kürsüsündə əyləşən Anar Vəziroğlu ona sərt sözlər deyib.
Əsəbiləşən qadın yanındakı su stəkanını ona tərəf atıb. Ekspert yerindən duraraq su şüşəsini götürüb və qadına hücum edib, ətrafdakılar onun qarşısını almağa çalışıblar.
"Canlı efirdir, olmaz. Milyonlarla insan baxır" deyə, aparıcı Lalə Azərtaş tərəfləri sakitləşdirməyə çalışıb. 

Qeyd edək ki, analoji hal bir neçə ay öncə də yaşanmışdı. Eyni proqramda Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva bir-birinə su atmışdılar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.