Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Həkimlər başları üzərində işləməkdənsə, blogerlik edirlər"

"Həkimlər başları üzərində işləməkdənsə, blogerlik edirlər"

2023-07-05 , 14:55

Aparıcı Rövşanə Ağasəfqızı blogerlik edən həkimləri tənqid edib. 

Aparıcı onların pasientlərlə kobud rəftar etməsindən şikayətlənib:
"Bəzi həkimlər var ki, başları üzərində işləməkdən çox blogerliyə üstünlük verirlər. Efirdə bunu dəfələrlə görmüşəm. Cərrahlar əməliyyatdan sonra xəstə ilə maraqlanmırlar. Xəstə tibb bacısının öhdəsində qalır. Kobud həkimlər görmüşəm... Dəfələrlə xəstələrin şikayətini işıqlandırmışam. Başınız üzərində işləyin. Bu, hər həkimə aid deyil. Blogerliyin də dərəcəsi var. Bir-birinizi təqlid edirsiniz. O çıxır, bu çıxır telefon qarşısında atdanıb düşür, oynayır. Pasientim artacaq deyə bunu etməyin. Elə deyil, ən gözəl pasient elə xəstənin özüdür. Ən gözəl reklam xəstənin özüdür".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.