Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” 

Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” 

Məleykə Əsədova: “Kaş “TikTok”u həmişəlik bağlayardılar” 
2023-10-19 , 15:49

“Qızım Gülər deyir ki, ana universitetdə hamının “Instagram” və “TikTok” sosial şəbəkə platformalarında səhifələri var, amma mənim yoxdur. İcazə ver, mən də orada səhifə açım. Mənə çox lazım olur. Amma mən icazə vermir və həmin sosial şəbəkələrin əleyhinəyəm. Qızımın indiyə kimi nə “Instagram”ı, nə də “TikTok”u var. Ümumiyyətlə, “TikTok”a qarşıyam. Oradan axı nə öyrənmək olar? Kaş “TikTok”u həmişəlik bağlayardılar”. 

Yenilik.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova qonaq olduğu “İncə səhər” verilişində deyib. 
O, qızı Gülərə qoyduğu qadağalardan söz açıb.
Əsədova bildirib ki, sosial şəbəkələrə ələyhinə olduğu üçün övladının ora daxil olmasına icazə vermir: 
“Qızım Gülərin sosial şəbəkələrdə olmasını istəmirəm. Çünki elə şeylərə orada rast gəlinir ki. Düzdür, ona qadağa qoymaqla da istəmirəm qəlbi qırılsın. Gülər artıq böyük qızdır. 18 yaşı var. Amma ona icazə vermirəm. Düşünürəm ki, qızım sosial şəbəkələrə daxil olsa, dərsləri qalacaq kənarda. Uşaqların gözləri telefondan, internetdə olmaqdan zəifləyib. “Instagram”a boş və mənasız girib, baxmaqdansa, dil öyrənsin, çoxlu kitab oxusun. Ona deyirəm ki, qızım kitab oxu”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.