Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zaur efirdə müğənnini biabır etdi: Saxta bəy qalmaqalı - Video

Zaur efirdə müğənnini biabır etdi: Saxta bəy qalmaqalı - Video

Zaur efirdə müğənnini biabır etdi: Saxta bəy qalmaqalı - Video
2023-10-26 , 16:22

Tanınmış teleaparıcı Zaur Nəbioğlu canlı efirdə müğənni Kəmalə Nəsibovanı pis vəziyyətə salıb. 

Belə ki, aparıcı efirdə ifaçının saxta toy etməsini üzə çıxarıb. 
Yenisabah.az xəbər verir ki, o, "Bizə faktlarla xəbər çatıb ki, Kəmalə Nəsibova özünə saxta, qurama toy edib" - deyə müğənniyə müraciət edib. 
İfaçı dəfələrlə sualdan yayınmağa çalışsa da, aparıcı onu etiraf etməyə məcbur edib. 
Müğənni vaxtilə özünə saxta toy etdiyini açıqlayıb:
"Həyatda saxta insan deyiləm. Səmimi insanam. Oğlumun atası belə məsləhət görüb. Yəni toyum saxta olmayıb. Amma düzəliş olub. Bəy kürsüsündə əyləşən şəxs mənim həyat yoldaşım olmayıb. Toyum 20 yaşımda olub. Uşaq olmuşam. Oğlumun atası məni o qədər sevirdi ki... O, elə məsləhət görüb. Bu haqda isə ətraflı danışmaq istəmirəm. Amma toyda saxtalıq olmayıb. Xalq artistlərinin iştirakı ilə məclis keçib. 
Oğlum nikahlı dünyaya gəlib. O qədər düşmənlərim var ki... Məni canlı efirdə vurmaq üçün kimlərsə bunu edir. 
Mən oğlumun atası ilə yaşayıram. Oğlumun atası bizə baxır. Bəy kürsüsündə oturan şəxs övladımın bioloji atası deyil. Mən oğlumun atası ilə "Əsli Kərəm" olmuşam. Onun valideynləri isə icazə verməyiblər ki, biz evlənək. Biz evlənəndə oğlumun atası da subay olub. Övladımın atasının kim olmasını da heç kim heç zaman bilməyəcək. O məsələlər mənə aiddir". 
Həmin görüntüləri təqdim edirik: 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.