Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Anar Vəziroğlu Şəfiqə Nağıyevanı ittiham etdi: "Savadı yoxdur..."

Anar Vəziroğlu Şəfiqə Nağıyevanı ittiham etdi: "Savadı yoxdur..."

Anar Vəziroğlu Şəfiqə Nağıyevanı ittiham etdi:
2023-11-02 , 17:59

Jurnalist-şair Anar Vəziroğlu “Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində baş verən olaya aydınlıq gətirib.

Anar Vəziroğlu Hit.az-a açıqlamasında bildirib ki, davaya səbəb vəkil Şəfiqə Nağıyeva olub:
“Həmişə belə olub. Davanı Şəfiqə yaradıb. Düşünür ki, məndən əvvələ keçsin. O da mümkün deyil, insan gərək savadı ilə qabağa getsin. Deyirsən qatıq qaradır, deyir yox ey ağdır. Savadı yoxdur, kitab oxumur. Xoşu gəlir dava salmaqdan. Ömrü boyu mənə söz atır. Əvvəl su atdım ki, bəlkə sakitləşər, amma olmadı".
Anar Vəziroğlu davanın verlişdə qonaq olan Ramal adlı şəxslə heç bir əlaqəsi olmadığını qeyd edib:
“Oğlan dərdini danışıb, dedim niyə onun cavabını vermirsən. Şəfiqə deyir ki, sən Ramalı təhqir edirsən. Mən buna imkan vermərəm, onun vəkiliyəm. Dedim məhkəmə ilə efiri səhv salma, burda ekspertsən və mən də aşağısan”.  
Qeyd edək ki, “Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Mübahisə proqramda ekspert qismində əyləşən jurnalist-şair Anar Vəziroğlu ilə probleminə görə müraciət edən Ramal adlı şəxs arasında yaranıb. Canlı yayım zamanı biri-birinə hücum çəkən tərəfləri təhlükəsizlik əməkdaşları ayırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.