Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Əli Mirəliyev: “Məni tənqid edənlərin başı yaxşı işləmir”

Əli Mirəliyev: “Məni tənqid edənlərin başı yaxşı işləmir”

Əli Mirəliyev: “Məni tənqid edənlərin başı yaxşı işləmir”
2023-11-04 , 17:20

Son günlər müğənni Əli Mirəliyev televiziya efirində yaratdığı səs-küy, bayağı çıxışları ilə izləyicilərin tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrdə linç edilən müğənni bir neçə gündür, həmkarı Roza Zərgərli barədə səsləndirdiyi fikirlərə görə də tənqid olunur. Belə ki, “Künc-bucaq” layihəsinin qonağı olan Ə.Mirəliyev müsahibəsində “Roza mənim həyatımdır, o olan yerdə mən danışmıram, “pas” gedirəm”, o danışanda mən ürəyimdə onun qadasını alıram” sözlərini deyib. Ə.Mirəliyevi tənqid edənlər onun hay-küy salmaqla qəsdən şou yaratdığını, efirlərə çıxmasına zərurət olmadığını deyirlər. 

 
Ə.Mirəliyev haqqında səsləndirilənlərlə bağlı Pravda.az-a açıqlama verib. 
 
“Roza Zərgərli ilə şou yaratmıram. Roza Zərgərli mənim çox istədiyim xanımdır. Roza mənim həyatımdır, sevdiyim insandır, əziz dostumdur. Mən şoumenəm ki şou yaradım? Bunu deyənlərin başı yaxşı işləmir. Oxuya bilməyən “Elgizlə izlə”verilişinə gəlir, görürəm ki, zəif oxuyur. Sadəcə, oxuya bilməyənə deyirəm ki, oxuya bilmir. Bunun nəyi şoudur? Bəyəm kiminsə ailə işinə qarışıram?”, - o deyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.