Yenilik.Az
www.Yenilik.Az » Maqazin » İlhamə Bədəlova ATV-dən getdi

İlhamə Bədəlova ATV-dən getdi

İlhamə Bədəlova ATV-dən getdi
2023-11-14 , 17:35

Uzun illərdir ki, "Azad Azərbaycan" (ATV) telekanalında çalışan aparıcı İlhamə Bədəlova işindən ayrılıb.

Yenilik.az xəbər verir ki, “Həkimsən” verilişinin aparıcısı başqa kanalda işə başlayır. Bədəlova artıq “Space” TV-də fəaliyyətini davam etdirəcək.
Bu gün sözügedən proqramın əvəzinə “Bir kişi, bir qadın” serialı yayımlanıb.
Aparıcı “Həkimsən” verilişi ilə yanaşı bir müddət Vüsalə Əlizadəni “7 canlı” proqramında əvəz etmişdi.

Xatırladaq ki, bir neçə ay öncə illərdir sözügedən kanalda fəaliyyət göstərən aparıcı Vüsalə Əlizadə də işindən ayrılaraq "Xəzər” TV-də çalışmağa başlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.