Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazəninin Musa ilə bağlı iddialarına Tolik cavab verdi

Nazəninin Musa ilə bağlı iddialarına Tolik cavab verdi

Nazəninin Musa ilə bağlı iddialarına Tolik cavab verdi
2023-11-23 , 15:13

Prodüser-aparıcı Tarix Əliyeva (Tolik) müğənni Nazəninin həmkarı Musa Musayevin yalandan infarkt keçirdiyi xəbərini yaymasına münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, Tolik verilişində gündəmə gələn mövzunun piar üçün edilməsi iddiasını yalanlayıb. O bildirib ki, Musanın həkimi ilə əlaqə saxlayıb və məsələyə aydınlıq gətirib:
"Nazəninin iddiasına görə Təranə və Musa özünü infarkt xəbəri ilə reklam edir. Guya, yalandan infarkt keçirib. Bu mövzu mənim verilişimdə olub. Nazənin xanımın xətrini çox istəyirəm, bilmirəm bundan sonra siz məni çox istəyəcəksiniz, ya yox. Çünki mənim həyat yoldaşım yoxdur çıxıb onun haqqında danışasınız. Heç kimin yanında başıaşağı deyiləm. Redaktorumuz həkimlə əlaqə saxladı. Həkim bizə açıqladı ki, Musa Musayevin əməliyyatını mən etdirmişəm. Heç kimin haqqına girməyin".
Tolik daha sonra "Bəzi aparıcılar kimi hansısa müğənninin sözü ilə oturub-duran deyiləm ki, verilişimə kimi çağıracağıma görə ifaçdan icazə alım. Bu mövzu da mənim verilişimdə açıqlanıb. Ona görə də burada açıqlama verdim. Bu mövzuya görə də kimsə-kiməsə link atıb, öz tərəfinə çəkməsin. Biz də bu aləmdəyik, kimin kim olduğunu yaxşı bilirik" sözlərini əlavə edib.
Xatırladaq ki, Nazənin Musanın yalandan infarkt keçirdiyini deyərək, özünü reklam etdiyini söyləyib. 
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.