Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Sabir Rüstəmxanlının qızı "Sevgililər günü" boşandı

Sabir Rüstəmxanlının qızı "Sevgililər günü" boşandı

Sabir Rüstəmxanlının qızı
2024-02-16 , 17:19

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Metbuat.az-ın məlumatına görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.
Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.
Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.