Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zamiq Hüseynov ilə Zülfiyyə Xanbabayevadan romantik klip-VİDEO

Zamiq Hüseynov ilə Zülfiyyə Xanbabayevadan romantik klip-VİDEO

Zamiq Hüseynov ilə Zülfiyyə Xanbabayevadan romantik klip-VİDEO
2024-03-01 , 13:49

Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib. Cütlüyü bu dəfə  birləşdirən səbəb, uzun zamandır gözlənilən duetləridir.

Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdirib. Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir. Romantik ab - havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub.
Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur. Ekran işi qısa zamanda xeyli bəyəni sayı toplayıb. Hər iki ulduz bu layihələrinin də seviləcəyinin əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.