Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən..."

"500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən..."

2024-04-15 , 12:09

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrafon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlər ki, Nazpəri bizə imkan vermir. Əksinə hər zaman dəstək olmuşam". 

Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Zaurla Günaydın" verilişində qonaq olarkən deyib. O, pul müqabilində yutubda trendə düşənləri pisləyib:
"Gənclər bu gün əllərinə bir yol alıblar, çox qəribədir. Çıxıb deyirlər ki, "trend olduq". 500 manat verirlər. Sirri açdım. Bunu eşidib dəli olmuşam. Mənim başıma hava gəlib. 500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən, "trend"də olursan. Nə qədər pulun var, verirsən, birinci olursan. Bu sənət deyil, puldur". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.