Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazpəriyə ağır sözlər: “Niyə ölmürsən?”

Nazpəriyə ağır sözlər: “Niyə ölmürsən?”

Nazpəriyə ağır sözlər: “Niyə ölmürsən?”
2024-03-19 , 17:13

Müğənni Roza Zərgərli Xalq artisti Nazpəri Dostəliyevanın yeni görünüşünə yazılan mənfi rəylərdən danışıb.

Yenilik.az Axşam.az-a istinadla xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı Nazpəriyə xoşagəlməz sözlər yazıldığını deyib:
"Stilistim Babək Nazpərini klipi üçün bəzədikdən sonra onun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Saytlar isə həmin görüntüləri götürüb, xəbər yazıblar. Sosial şəbəkə izləyiciləri isə Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?
Axı niyə ölsün? Belə şeylər yazanın dediyi sözlər elə öz başına gəlsin. Nazpəri xanım onsuz da əziyyətli bir yol keçib. O, doğmalarını itirib və zülmlə ayağa qalxıb. Nazpəri xanım sənət fədaisidir. O, özünü yenidən sənətə qaytarır, siz isə onu aşağılayırsınız".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.