“Xəyanət etmişəm, yaxşı da etmişəm!” - Efirdə BİABIRÇILIQ + VİDEO

Tanınmış müğənni Nüşabə Musayeva “Tarixin bir günü” verilişində səsləndirdiyi açıqlama ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Verilişin aparıcısı Tolikin suallarını cavablandıran sənətçi şəxsi həyatı ilə bağlı səmimi və eyni zamanda cəmiyyətin sərt reaksiyasına səbəb olan bir etiraf edib.
"Mənə xəyanət olunub, mən də etmişəm, yaxşı etmişəm! Ruhumu sakitləşdirmək üçün etmişəm".
Bu etiraf sosial şəbəkə istifadəçilərinin ciddi reaksiyasına səbəb olub. Bir çoxları müğənninin bu davranışını tənqid edib, onun xəyanəti “normallaşdırmağa çalışmaq”da günahlandırıb.
Eyni zamanda, verilişin aparıcısı Tarix Əliyev (Tolik) də tənqid atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri Tolikin belə şəxsi mövzularda suallar verməsini etik saymyıblar.
Qeyd edək ki, Nüşabə Musayeva sənət fəaliyyətindəki səmimiyyəti ilə tanınır. Lakin bu dəfə onun səmimiyyəti birmənalı qarşılanmayıb və əksər izləyicilər tərəfindən "yanlış nümunə" kimi qəbul olunub.
Yenisabah.az
OXŞAR XƏBƏRLƏR