Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Bu dərd ölənə kimi səni yandırır“ - Nazpəri Dostəliyeva

“Bu dərd ölənə kimi səni yandırır“ - Nazpəri Dostəliyeva

“Bu dərd ölənə kimi səni yandırır“ - Nazpəri Dostəliyeva
2023-05-13 , 16:42

Xalq artisti Nazpəri Dostəliyeva oğlu Ələkbərdən danışıb kövrəlib. 

Axşam.az xəbər verir ki, müğənni övladının sabah ad günü olacağını deyib. "Zaurla Günaydın" verilişində danışan Dostəliyeva böyük oğlu Əlinin vəfatını xatırlayaraq bunları deyib:
"3 ildir Ələkbər ad günü etmir. Yığışıb oturarıq, ad günün mübarək. Bir yerdə olsaq yaxşıdır (kövrəlir). Qardaşının vəfatından sonra ad günü etmir. Hətta deyir ki, bir araya da yığışmayın, pis oluram, qardaşımı görmürəm. Heç uşaqların da ad gününü keçirtməyi qoymur. Deyirəm ki, onlar uşaqdır, olmaz. 
Bir Allah bilir ki, çox çətindir. Ürəyində ağrı, acı, dərd daşıyırsan ki, ölənə kimi səni yandırır".
Qeyd edək ki, Nazpərinin oğlu Əli ürəktutmasından dünyasını dəyişib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.