Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

2024-04-24 , 16:50

“Cavanşirsiz səhnəni tərk edirəm!”

 
Yenilik.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.
 
30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan F.İbadovanın verdiyi məlumata görə, o, bu gündən etibarən səhnəyə əlvida deməyi qərara alıb.
 
“Cavanşirsiz səhnəyə çıxmağa stop qoydum. Daha efirlərdə görməyəcəksiniz məni. Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam!” – deyən Firuzə xanım dəvət aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb.
 
“Bir də nə vaxtsa xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər… əlvida, səhnə!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.