Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Mühafizəçi Xalq artistini basıb döyür"

"Mühafizəçi Xalq artistini basıb döyür"

2024-07-23 , 15:46

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı xəstəxananın mühafizəçisinə balta atıb.

Axşam.az-ın məlumatına görə, hadisənin görüntüləri yayılıb. Həmin videonu aktyor Elcan Rəsulov paylaşaraq müğənnini müdafiə edib. 
O, videoya "Bəs səhərdən Ağadadaş baltalamışdı, bəs nə oldu? Mühafizəçi əməlli-başlı Xalq artistini basıb döyür... Belə şey olar?" şərhini yazıb. 
Qeyd edək ki, mübahisənin A.Ağayevin halı pisləşdiyi üçün evinin yaxınlığındakı klinikadan yardım istədiyi, mühafizəçinin isə onu klinikaya dəvət etməsi ilə başladığı qeyd edilib. Atılan baltanın orada işləyən xadimənin ayağına dəydiyi bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.