Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verdi

Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verdi

Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verdi
2024-09-05 , 15:11

Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib.

 
Yenilik.az Report.az-a istinadən xəbər verir ki, xalq artisti bununla bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib. O müraciətində klinika tərəfindən ona mənəvi zərərin ödənilməsi tələb edib.
Onun müraciəti hakim Nigar Nəbizadənin icraatına verilib. Müraciətə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, bu il iyul ayında “Medera Hospital”da Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.