Almaniyaya gedən Şəbnəmi təyyarəyə buraxmayıblar

Müğənni Şəbnəm Tovuzlunu hava limanından Almaniyaya uçmağa buraxmayıblar.
Belə ki, müğənni gecə saatlarında Bakıdan Türkiyəyə, oradan isə Almaniyaya uçmalı imiş. Şəbnəm bildirib ki, "Sln-M travel" adlı turizm şirkəti onu aldadıb:
"Onların qeyri-peşəkarlığı ucbatından evə qayıdım. Vizamın vaxtı tez bitib. Onlar viza müraciəti zamanı tarixi səhv yazıblar. Həyatımda belə qeyri-peşəkar, işini bilməyən şirkət görməmişdim. Konsert üçün böyük qonorar almışdım. Bu şirkətin səriştəsizliyi bizi məyus etdi".
OXŞAR XƏBƏRLƏR