Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazim Pişiyarinin vəziyyəti ilə bağlı rəsmi AÇIQLAMA

Nazim Pişiyarinin vəziyyəti ilə bağlı rəsmi AÇIQLAMA

Nazim Pişiyarinin vəziyyəti ilə bağlı rəsmi AÇIQLAMA
2025-01-31 , 14:51

Xəbər verildiyi kimi, müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.

Musavat.com müğənninin vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.