Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Röya Ayxan Nərminə dəstək oldu

Röya Ayxan Nərminə dəstək oldu

Röya Ayxan Nərminə dəstək oldu
2025-02-05 , 22:03

Xalq artisti Röya Ayxan müğənni Nərmin Kərimbəyovaya dəstək olub. 

Röya Nərminin doğum günündə etdiyi və izləyiciləri tərəfindən birmənalı qarşılanmayan fotosessiyasına “Mənim gözəlim, burda yazılan axmaq rəylərə, ümumiyyətlə, heç kimə, heç nəyə fikir vermə, xahiş edirəm. Çünki sən donor olmasa idin, qınayacaqdılar. Olanda da nümayiş etdi, deyillər. Sən doğru etdin, sən ailə nədir onu xatırlatdın. Sən ürəksən!” şərhini yazıb. Nərmin isə sənətçiyə “Sevirəm” sözü ilə  təşəkkürünü bildirib.
Qeyd edək ki, ifaçı fotolarda bir neçə il öncə, keçirdiyi əməliyyatdan qalan çapıq izlərini nümayiş etdirmişdi. Nərmin şəkillərinə “40 yaşımda özümə deyəcəyim budur. Özünə qarşı mərhəmətli ol. Sənin bir canın, bir ruhun, bir bədənin var” şərhini əlavə edib.
Xatırladaq ki, Kərimbəyova 2022-ci ilin may ayında qardaşına donor olaraq, ona qaraciyərinin 70 %-ni vermişdi. 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.