Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”

Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”

Teymur Əmrah: “Fəxri adları yığışdırmaq lazımdır”
2025-07-15 , 15:12

“Fəxri ad həvəskarı deyiləm. Düşünürəm, fəxri adları yığışdırmaq lazımdır. Çünki son 20-25 ildə bu ad elə insanlara paylanıb ki, fəxri ad hörmətdən düşdü. Buna görə də yığışdırmaq lazımdır”.

Bu sözləri Əməkdar artist Teymur Əmrah​​​​ Baku TV-nin “Qapqara” verilişində deyib.
“Professor, dosent kimi elmi dərəcələri də hörmətdən salıblar. Təhsil ocağında işləyən savadsızlar da artıq professor, dosent, alimdirlər. Hamısına şamil etmirəm. Bunlar nəyin alimidirlər? Sən alimsənsə, mən kiməm? Sən heç bilmirsən ki, “professor” sözünün parametri nədir. Necə ki fəxri adı hörmətsiz etdilər, elmi dərəcəni də hörmətsiz etdilər. Belə olmaz…” – o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.