Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Tolik”lə bağlı QƏRAR verildi

“Tolik”lə bağlı QƏRAR verildi

“Tolik”lə bağlı QƏRAR verildi
2025-12-03 , 08:15

Bir müddət əvvəl Tarix Əliyev (“Tolik”) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev “TikTok” sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nalayiq ifadələr işlədib.

Yenilik.az patrul.az-a istinadən xəbər verir ki, məsələ Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina olunub.


Tarix Əliyevin vəkili Ramil Vəliyev açıqlamasında bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.