Yenilik.Az
www.Yenilik.Az » Maqazin » TƏBİB sədrindən evdə "sistem" köçürən tibb bacılarına SƏRT sözlər  

TƏBİB sədrindən evdə "sistem" köçürən tibb bacılarına SƏRT sözlər  

TƏBİB sədrindən evdə
2025-12-19 , 15:37

"Hər bir venadaxili inyeksiya əslində bir cərrahi prosedurdur. Bunu icra etmək üçün tibb bacısının yanında həkim olmalıdır. Tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir".

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.
Onun sözlərinə görə, bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur:"Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Belə bir məntəqə artıq Bərdədə var.Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır".
Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.