Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Müğənnilərin hamısı nankordur" - Manaf Ağayev

"Müğənnilərin hamısı nankordur" - Manaf Ağayev

2026-01-16 , 17:43

"Müğənnilərin hamısı nankordur".

 
Bu sözləri müğənni Manaf Ağayev deyib.
 
O, "Rəngarəng" verilişində dəstək olduğu xanım sənətçilərin vəfasızlığından gileylənib:
 
"Müğənnilərin hamısı nankordur. İçində yaxşısı var ki? Sayəmdə 100 manat pulun necə olduğunu görənlər, indi deyir ki, bizə nə etmisən? Haramın olsun! Mən heç vaxt pis danışan, etdiyini başa vuran adam deyiləm. Mənə tərif də lazım deyil. Müğənni var ki, Dubaya, Türkiyəyə aparmışam, mənim sayəmdə elə adamları, elə nazirləri görüb ki... Görmədiyi pulları görüb, bilib ki, 100 manat necə olur. İndi o deyir mənə nə etmisən ki? Elələrinə deyirəm, haram xoşunuz olsun!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.