Tolik canlı yayımda tamaşaçılarla vidalaşdı – “Bu mənim özümə verdiyim cəzadır” - VİDEO
Prodüser və aparıcı Tarix Əliyev (Tolik) bu gün aparıcısı olduğu “Tarixin bir günü” proqramının canlı yayımında tamaşaçıları ilə vidalaşıb.
Yenilik.az xəbər verir ki, Tolik telekanaldan ayrılması ilə bağlı ərizə yazdığını açıqlayıb.
O bildirib ki, son günlər sosial şəbəkələrdə verilişlə bağlı müxtəlif məlumatlar yayılıb, lakin bu qərarı şəxsi vicdanı qarşısında verib:
“Dünəndən bütün sosial şəbəkələrdə yazırlar ki, Tarix canlı efirdə tamaşaçılarla sağollaşacaq. Düşünürəm ki, belə bir deyim var: insan yatanda vicdanı da onunla birgə yatmalıdır. Bəli, bir neçə gündür mən də yatıram, dururam, vicdanım da yatır, amma özümün bir kanal işçisi olaraq vicdanım sızlayır. Bunu sosial mediada və ya tanınmışlar arasında hər hansı bir dırnaqarası qəhrəmanın qələbəsi kimi görmürəm.
Mən özüm-özümə bir qərar vermişəm. Bu gün “Space” kanalımız çox böyük uğurlara imza atıb. Vado müəllim kanala rəhbər keçəndən sonra kanalımız ölkədə böyük kütləsi olan kanallarla birlikdə rəqabət aparır. Biz əgər bu gün 3-cü, 2-ci yerlərdə oluruqsa, bu ümumiyyətlə sevilən kanalımızın – “Space”in uğurudur”.
Aparıcı bildirib ki, uzun illərdir tamaşaçılar onu qalmaqalları ilə tanıyır:
“25 ildir məni bir Tolik kimi tanıyırsınız. Respublikamızın xalq artisti Murad Dadaşov məni “Maşın şou”ya 3 dəfə dəvət edəndə, orada bir dəmir parçasına görə bir çox müğənnilərin siması açılırdı. Onlar maddiyyata, maşına görə tam sona qədər mübarizə aparırdılar və insanların böyük qınağına rast gəlirdilər. Çünki o vaxt TikTok yox idi, “İnstagram” kifayət qədər populyar deyildi.
Bu gün hər birimizin bir xarakteri var. Məni belə tanımısınız. Vətəndaş kimi 44 günlük müharibədən qabaq pandemiyada sizin sayənizdə minlərlə ailəyə yardım etmişəm, əsgərlərimizin yanında olmuşuq, canlı yayım açaraq qazilərimizə evlər, maşınlar almışıq. Bunlar hamısı sizin sayənizdə olub, mən sadəcə vasitəçi olmuşam. Demək, siz mənə güvənmisiniz, inanmışsınız.
Tarix Əliyev vurğulayıb ki, sosial şəbəkələrdə baş verən hadisələrin kanalın nüfuzuna xələl gətirməsini istəmədiyi üçün bu addımı atıb:
“Amma mən bu efir bitəndən sonra da Tarix Əliyevəm. Xasiyyət dəyişmək çox çətindir. Maskalı olub cəmiyyətdə özünü bir cür aparıb, kamera qarşısında başqa cür aparmaq tam başqa şeydir. Mən bu gün uğurlarımı iri-iri addımlar atan kanalıma borcluyam. Əgər efirdə yox, sosial şəbəkədə etdiyim səhvə görə, istər rəhbərlik, Vado müəllim, istər burada işləyən hər bir insanın haqqına girəcəmsə, bu mənim vicdanımı sızladar.
Bir daha buradan Audiovizual Şuraya təşəkkür edirəm. 1 ildən artıqdır “Space”də hər gün “Tarixin bir günü” verilişini canlı aparıram və verilişimlə bağlı heç bir qanun pozuntusu aşkar edilməmişdir.
Dünən Vado müəllimə yaxınlaşıb verilişin bağlanması, aparıcılıqdan çıxmağım haqqında ərizəmi verəndə vicdanım daha rahat oldu. Mənim əsəblərimə hakim ola bilməməyim, hansısa qarşı tərəfin fikirlərinə emosional cavab verməyim böyük bir kanalın uğuruna kölgə sala bilməz.
Bilirəm, bəziləri mənə görə pis olur, bəziləri sevinir. Amma mən düşünürəm, itirəcəyim tək varlıq var, o da övladımdır. Hamınızı sevirəm. Düşünürəm, bu bir son deyil, bu mənim özümə verdiyim cəzadır”.
Aparıcı əlavə edib ki, onun yerinə başqa aparıcının təyin olunması və ya kanalda yeni vəzifəyə gətirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Media ilə illər öncə bağlılığı olub, indi evdə oturub jurnalistika ilə dırnaqarası məşğul olan bəzi insanların yalançı məlumatlarına qətiyyən inanmayın. Sizinlə canlı yayımda sağollaşıram, amma verilişimi heç kimə təhvil vermirəm. “Space”də musiqi departamentinin rəhbəri vəzifəsinə gəlməmişəm. Bu da iki”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12