Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aktrisa qalmaqal yaratdı: Biz kənarda qaldıq!

Aktrisa qalmaqal yaratdı: Biz kənarda qaldıq!

Aktrisa qalmaqal yaratdı: Biz kənarda qaldıq!
2026-05-05 , 21:42

Sevinc Əliyeva rejissorların hazırda daha çox gənc aktyorlara üstünlük verməsindən narazılığını ifadə edib.

"Yeni Sabah" xəbər verir ki, Əməkdar artist “Gün ortası” verilişində peşəkar sənətçilərin kifayət qədər dəvət almadığını bildirib.
Onun sözlərinə görə, bu vəziyyət həm özünə, həm də Naibə Allahverdiyeva kimi tanınmış aktrisalara aiddir:
"Təəssüf ki, peşəkar aktrisaları çəkmirlər. İndi dəvət yoxdur. İçi mən qarışıq. Peşəkar aktrisaları dəvət etmək lazımdır. Rejissorlar baxıb görsünlər ki, ana, digər xarakterli rollara peşəkar aktrisalar çəkmək nədir.
İstər Naibə Allahverdiyevanı, istərsə məni dəvət etmirlər. İndi gəncləri, yeniyetmələri çəkirlər. Bəlkə, tanımırlar, teatr tamaşalarını izləmirlər. İzləsələr çox şey dəyişər. Aktyorla işləmək başqadır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.