Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Şou-biznesdə olduğu kimi bizdə də alver əvvəlki kimi deyil" – Müşfiq Şahverdiyev

"Şou-biznesdə olduğu kimi bizdə də alver əvvəlki kimi deyil" – Müşfiq Şahverdiyev

2026-06-21 , 16:34

Aktyor Müşfiq Şahverdiyev "Qonaqcanlı" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktyor ona ünvanlanan?- "deyirlər ki, ən bahalı aktyor Müşfiq Şahverdiyevdir" sualını cavablandırarkən bu fikirləri səsləndirib:
"Yox, belə deyil. Onsuz da ölkədə film sektoru o qədər də inkişaf etməyib. Pandemiyadan sonra isə bu sahə bir qədər də zəiflədi. Çünki həm teatrın, həm də kinonun tamaşaçı sayı azaldı. İndi inşallah ki, vəziyyət düzələr.
Türkiyə və ya Rusiya ilə müqayisə etsək, biz əslində, bahalı aktyorlar deyilik. Amma öz ölkəmizə gəldikdə, bir neçə aktyor var ki, onlara daha çox tələbat olduğuna görə qonorarları digərlərindən bir qədər yüksəkdir.
Qazancımıza gəlincə, əvvəlki kimi deyil. İndi şou-biznes nümayəndələri də tez-tez deyirlər ki, inan Allaha, alver əvvəlki kimi deyil. Biz də eyni sözü deyirik".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.