Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » "Mən bilmirəm, onun hansısa titulu var idi, ya yox, amma..." - Razi Nurullayevdən Aygün Bəylərlə bağlı AÇIQLAMA

"Mən bilmirəm, onun hansısa titulu var idi, ya yox, amma..." - Razi Nurullayevdən Aygün Bəylərlə bağlı AÇIQLAMA

2024-01-08 , 14:12

"Aygün Bəylərin ifasına çox bağlı idim. Onun bütün mahnılarını çox sevirdim".

Bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən deputat Razi Nurullayev deyib:
"Yeganə müğənni idi ki, Aygün Bəyləri ekranda görən zaman kanalı dəyişmirdim. Çalışırdım ki, sona qədər dinləyim. Hər zaman onun danışığında, müsahibələrində bir nisgil hiss edirdim. Doğrudan da, qəmli idi, narazılığı vardı. Hiss edirdim ki, ölkədən, dostlarından umacaqları var, amma onlara çata bilmirdi. Xalqın məhəbbətini qazanmış sənətkar idi. Bu gün burada bu qədər insanın olması xalqın ona olan sevgisinin göstəricisidir. Açığı, mən bilmirəm, onun hər hansı titulu vardı, ya yox, ancaq o, Azərbaycan xalqı üçün bir Xalq artisti idi. Mən istərdim ki, bütün dəyərli insanlara ölməmişdən öncə dəyər verək. Allah onun övladını saxlasın. Allah rəhmət eləsin"./Sfera.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.