Əkrəm Əylisli: Elçin aramızda heç nə olmamış kimi zəng etdi...
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar mərhum yazıçı Elçin Əfəndiyevin ölümündən danışarkən təsirli bir məqama toxunub. Anar sonuncu dostunu itirdiyini xatırladıb:
"Mənim üçün çox böyük itki, çox böyük ağrıdır. Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, "Ədəbiyyat qəzeti"ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim".
Elçin Əfəndiyevin yaxın dostlarından biri olan Əkrəm Əylisli də onun ölümünə təəssüfünü bildirib.
Yenilik.az onun Qaynarinfo-ya müsahibəsini təqdim edir:
- Əkrəm bəy, nəslinizdən bir yarpaq da düşdü, Elçin Əfəndiyev sizi tərk etdi...
- Bizim məlum hadisələrdən sonra Elçinlə münasibətlərimiz yox idi. Onunla əvvəl çox yaxşı dost idik. Sonra bütün münasibətlər qırıldı. Bir gün eşitdim ki, Elçin xəstədir, Türkiyədə əməliyyat olunub. Xəstəxanadan evə qayıdandan sonra mənə zəng etdi. Çox mehriban bir səslə, sanki aramızda heç nə olmamış kimi. Xeyli söhbət etdik, ordan-burdan danışdıq. Tələbəlik illərinə döndük. Nə o, nə də mən məlum hadisələrin üstünə gəldik...
Günlərin birində yenə Elçindən zəng gəldi. Dedi: "Əkrəm, bağdayam, əlində nə işin varsa qoy, dur gəl bizə, səni çox görmək istəyirəm". Elçin bu görüşü çox istəyirdi. Təəssüf ki, mən həmin görüşə gedə bilmədim. Elçin bu hərəkəti ilə aramızda olan bütün olan-qalanları unutmuşdu. Böyük bir iz qoydu yaddaşımda, artıq o, mənim nəzərimdə əvvəlki dostum Elçin idi.
- Arzulanan görüşdə bəlkə nəyisə Sizə etiraf edəcəkdi?
- Əslində, onun mənə zəngi özü etiraf idi. Onun ağır əməliyyatı olmuşdu, hardasa 38 günə yaxın - az zaman deyil. Çox əziyyətlər çəkmişdi. Uzun müddət xəstəxanada müalicə aldı, ailəsi də yanında qalırdı. Görünür, xəstəxanada olanda həmin vaxt bütün həyatını lent kimi gözdən keçirib, nəyin düz, nəyin yanlış olduğunu dərindən dərk edib. Çünki telefon zəngi zamanı belə dedi: "Əkrəm, tanıdın kimdir?" Qəribədir ki, Elçin uşaqlıqdan anasız böyüyüb. 3 yaşından anası ölüb, onu atası böyütmüşdü. Onun səsində həmişə nisgil var idi, mənimlə danışanda isə səsi titrəyirdi.
- Elçin Əfəndiyevin zəngindən sonra hər şeyi unutdunuz?
- Əlbəttə, geri yol yox idi. Elçinin mənim yaradıcılığıma, hər hansı bir əsərimə münasibəti heç vaxt o şəkildə ola bilməz ki, ona qarşı kəskin mövqe nümayiş etdirsin. Mən onu yaxından tanıyıram.
- Elçin Əfəndiyevin dəfn mərasiminə gedəcəksiniz?
- Təəssüf ki, özüm də yaxşı vəziyyətdə deyiləm. Vəziyyətim yaxşı olsaydı, gedərdim. Dəfnə gedə bilmədiyim üçün sizin vasitənizlə Elçinin ailəsinə başsağlığı verirəm. Onun ailəsini, Nüşabə xanımı yaxşı tanıyıram. Qızlarını çox sevirdi. Elçin qızı olduğundan narahatlıq keçirirdi. Bununla bağlı məlum bir söhbət də var. Elçin Yusif Səmədoğluna zəng edib ki, "Yusif, yenə də mənim qızım oldu". Yusif də ona toxtaxlıq kimi deyib ki, "evdə kişi bir olar". Qızlarından ibarət gözəl bir ailə tablosu var idi. Onun üç qızı var. Hər birinə başsağlığı verirəm.
- Səhhətiniz düzələndən sonra Elçin Əfəndiyevin qəbrini ziyarət edəcəksiniz?
- Sağlıq olsun, Allah mənə elə bir imkan versin ki, onun qəbrini ziyarət edim.

Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Prezident nekroloq imzaladı
Elçin Əfəndiyev dəfn EDİLDİ
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12