Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır
2023-03-04 , 10:00

18 mart tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır.

Yenilik.az xəbər verir ki, bu gün bu istiqamətdə ilk rəmzi səfər baş tutacaq. Səfərdə rəsmi şəxslər, nəqliyyat ekspertləri və media nümayəndələri iştirak edirlər. 
Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır.
Bu istiqamətdə hərəkət qrafiki də açıqlanıb. Belə ki, Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olaraq göstərilib.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.