Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir
2023-03-11 , 17:30

Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək.

Yenilik.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 
Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.
Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ küçələrlə (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Nizami küçəsi) təşkil ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.