Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Belarusdan Azərbaycana gətirilən tonlarla kartof məhv edildi

Belarusdan Azərbaycana gətirilən tonlarla kartof məhv edildi

Belarusdan Azərbaycana gətirilən tonlarla kartof məhv edildi
2023-03-29 , 13:48

Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Belarus Respublikasından “Famura RS” MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, “Turas MM” MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.