Yenilik.Az
www.Yenilik.Az » Ölkə » İrandan Azərbaycana gətirilən tonlarla kartof məhv edilib

İrandan Azərbaycana gətirilən tonlarla kartof məhv edilib

İrandan Azərbaycana gətirilən tonlarla kartof məhv edilib
2023-04-04 , 17:20

İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib.
Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər.
Müayinələr nəticəsində idxal edilmiş 23 700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar - kartofun qonur çürüməsi (“ralstonia solanacearum”) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.