Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan 3 Avropa ölkəsi ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb

Azərbaycan 3 Avropa ölkəsi ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb

Azərbaycan 3 Avropa ölkəsi ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb
2023-05-01 , 13:48

Azərbaycan Serbiya, Yunanıstan və Böyük Britaniya ilə akkreditasiya sahəsində Anlaşma Memorandumları imzalayıb.
Yenilik.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın paytaxtı Belqrada səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.
İclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Akkreditasiya Forumu (IAF) prosedurları ilə bağlı həmkar qiymətləndirilməsi meyarlarında və prosedurlarında yeniliklərin müzakirəsi, akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələrinə dair hesabatın dinlənilməsi, akkreditasiya orqanlarının Çoxtərəfli Saziş (MLA) iştirakçısı statusu ilə təltif edilməsi, dayandırılması və yaxud geri çağırılmasına dair qərarların qəbul edilməsi, həmkar qiymətləndirmələri zamanı standartların yeni nəşrlərinə keçidlə bağlı aşkarlanmış uyğunsuzluqlar və problemlər müzakirə edilib.
Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi, Böyük Britaniyanın akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb. İkitərəfli əsasda imzalanmış Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya sahəsində kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.