Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? — RƏSMİ AÇIQLAMA

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? — RƏSMİ AÇIQLAMA

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? — RƏSMİ AÇIQLAMA
2023-10-04 , 14:51

Sentyabrın 19-dan etibarən Azərbaycanda “Tiktok”a giriş məhdudlaşdırılıb.


Yenilik.az 
xəbər verir ki, artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, sosial platformanın istifadəsinə qoyulan qadağa aradan götürülməyib.

Yaranmış vəziyyət ölkəmizdə on minlərlə “Tiktok” istifadəçini narahat edir. Bəs, görəsən platformaya yenidən giriş nə vaxt təmin olunacaq?

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı qərarda hər hansı bir dəyişiklik yoxdur:

“Hazırda “Tiktok”a giriş məhdudiyyəti ilə bağlı tətbiq edilən qanun qüvvədədir. Qərarda hər hansı bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycanda “Tiktok”a girişin qadağan edilməsi ilə bağlı ilk məlumatı texnobloqer Fərid Pərdəşünas feysbuk hesabında paylaşıb. 

“Hərbi məlumatlarının yayılmasının qarşısını almaq məqsədilə “TikTok” platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılır”- deyə Pərdəşünas  məlumatda qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.