Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “ÇIRAQ HİİB” DAHA BİR LAYİHƏNİ UĞURLA TAMAMLADI

“ÇIRAQ HİİB” DAHA BİR LAYİHƏNİ UĞURLA TAMAMLADI

“ÇIRAQ HİİB” DAHA BİR LAYİHƏNİ UĞURLA TAMAMLADI
2023-10-29 , 21:58

“Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” “Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlar üçün “Şəkilli və səsli onlayn Azərbaycan-ingilis lüğəti” saytının yaradılması” (www.ozdilim.az) layihəsini uğurla tamamlamışdır.


Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin icra müddəti 01.07.2023 – 30.09.2023 tarixlərini əhatə etmişdir.

Layihə çərçivəsində işlər Azərbaycan Respublikası ərazisində həyata keçirilmişdir. Lakin layihənin əhatə dairəsi Beynəlxalq auditoriya olmuşdur. 

Layihənin ideyası, Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqların Azərbaycan dilini öyrənməsi üçün əlavə imkan ola biləcək “Şəkilli və səsli onlayn Azərbaycan-ingilis lüğəti” saytının yaradılmasından ibarət olmuşdur.

Layihənin məqsədi həmin saytı yaradaraq Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlara Azərbaycan dilini öyrənmək üçün əlavə imkanlar təqdim etməkdir.

Layihənin hədəfi Azərbaycandan kənarda anadan olub, başqa dil mühitində böyüyən Azərbaycan əsilli uşaqlar olsa da, onların valideynləri və yaxınları, eləcə də Azərbaycanda yaşayan uşaqlar və böyüklər də faydalananlar sırasındadır.

Layihənin davamlılığı onun çərçivəsində saytın yaradılması məqsədindən aydındır. Mütəmadi olaraq işləyərək onun məzmununu yeni sözlərlə genişləndirmək və daha geniş auditoriyanı əhatə etmək olacaq. İngilis dili ilə yanaşı başqa dillərlə əlaqələndirilərsə, sayt izləyicilərinin coğrafi əhatə dairəsini daha da böyütmək olacaqdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.