Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bərdə 1 saylı Mediasiya Təşkilatı Mediasiya Şurası üzvlüyünə qəbul edildi

Bərdə 1 saylı Mediasiya Təşkilatı Mediasiya Şurası üzvlüyünə qəbul edildi

Bərdə 1 saylı Mediasiya Təşkilatı Mediasiya Şurası üzvlüyünə qəbul edildi
2024-02-06 , 03:37

Dövlət qeydiyyatına alınmış Bərdə 1 saylı mediasiya təşkilatının Mediasiya Şurası üzvlüyünə qəbulu ilə bağlı məsələyə 6 fevral 2024-cü il tarixində keçirilən Mediasiya Şurasının İdarə Heyətinin iclasında baxılıb.

Belə ki, İdarə Heyətinin yekdil qərarı ilə Bərdə şəhəri üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.
Vətəndaşlar artıq Bərdə, Ağdaş, Tərtər, Ağdam, Ağcabədi və Zərdab rayonu üzrə mübahisələrdə Bərdə 1 saylı mediasiya təşkilatına müraciət edə biləcəklər.
Bərdə 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın rəhbəri: Mehdiyev Müşfiq Mürşüd oğlu
Ünvan: Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi 11
Email: [email protected]
Tel: +994773364400; +994503280840

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.