Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artıb

Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artıb

Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artıb
2024-07-17 , 03:25

Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin ilk 6 ayının statistik göstəricilərini açıqlayıb. 


Mərkəzdən verilən məlumata görə, STM-nin tabeli müəssisələrində bu ilin ilk 6 ayı ərzində 2 597 678 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur. 

Sözügedən müddət ərzində ümumilikdə 12 121 əməliyyat icra edilib. Bu isə günlük orta hesabla 77 əməliyyat deməkdir. 

Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-iyun aylarında 158 849 sayda xidmət həyata keçirilib.

STM-nin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya bölməsində 748 yenidoğulmuşa xidmət göstərilib, onlardan 187-si regionlardan təxliyə olunub.

Doğum şöbələrində isə eyni dövr ərzində 1 374 körpə dünyaya gəlib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.