Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Aztelekom”un tenderi ləğv edildi

“Aztelekom”un tenderi ləğv edildi

“Aztelekom”un tenderi ləğv edildi
2025-01-15 , 12:10

“AzTelekom” MMC bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri ləğv edilib. Digəri isə reallaşıb.

Belə ki, MMC Balakən, Şəki Zaqatalanın inzibati binası üçün nəzərdə tutulmuş videomüşahidə sisteminin alınıb quraşdırılması üzrə satınalmanı reallaşdıra bilməyib. 48.187,05 manatlıq tenderin ləğviniə səbəb isə təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmaması olub.
“Aztelekom” MMC-nin udduğu tender isə yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını ehtiva edib. “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə bağlanılmış bununla bağlı müqavilənin dəyəri isə 445.450 manat olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.